Avstriyada hazırlıq keçən 19 yaşadək futbolçulardan ibarət yığmamızın yoxlama görüşündəki rəqiblər yenə dyişib. Apasport.az saytının məlumatına görə, millimiz bu gün Avstriyanın “Şturm” klubu ilə gücünü sınamayacaq.
Əvəzində komandamız bu gün Rusiyanın 2-ci dəstəsində çıxış edən və İjevsk şəhərini təmsil edən “SOYUZ-Qazprom”la oynayacaq. Bundan başqa, iyunun 30-da Rumıniyanın “Seqyata” klubu ilə nəzərdə tutulan görüş də baş tutmayacaq. Arif Əsədovun yetirmələri həmin gün Almaniya Regionalliqasında mübarizə aparan “Münhen 1860”ın U-23 komandası ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, millimiz iyunun 25-də Avstriyanın “Kapfenberq” klubu ilə ilk yoxlama oyununda 0:4 hesabı ilə məğlub olub.
İdman24.az