Bakıda keçiriləcək hərbçilər arasında dünya çempionatına hazırlaşan Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov ötən gün keçirilmiş Omanla yoxlama oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:1 hesablı yenilgi ilə bağlı bunları söyləyib:
“Maraqlı oyun alındı. Bəhreynlə görüşdə zəif oynamışdıq. Omanla oyunda isə daha çox qol imkanımız oldu. Sadəcə, uşaqlar bu imkanlardan yararlana bilmədilər. Bu oyun bir daha göstərdi ki, yığmamız hələ dünya çempionatına hazır deyil. Bu üzdən daha çox işləməyimiz lazımdı”.
İdman24.az