Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin”in iyunun 30-dan iyulun 13-dək baş tutacaq ikinci təlim-məşq toplanışındakı rəqibləri bəlli olub. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yenə Avstriyada baş tutacaq hazırlıq prosesi zamanı Kazan təmsilçisi Sloveniyanın " Triglav " (3 iyul), Rumıniyanın “Ceahlaul” (7 iyul) və Ukraynanın “Metallist” (10 iyul) komandaları ilə yoxlama matçları keçirəcək.
Xatırladaq ki, iyulun 18-də və 25-də “Rubin” Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın “Jagodina” komandası ilə qarşılaşacaq. İlk görüş səfərdə baş tutacaq.
İdman24.az