Bu gün Bakıda təşkil olunan batut gimnastikası üzrə Dünya Kubokunda final görüşləri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova ilk "səkkizliy"ə düşüb. Təsnifatda o, üçüncü nəticə göstərib.
Qeyd edək ki, mövsümün açılış yarışında 16 ölkədən 62 idmançı iştirak edir.