"Ən böyük məqsədim Olimpiya Oyunlarına lisenziya qazanmaqdır".
Fanat.Az xəbər verir ki, bunu Bakıda keçirilən batut gimnastikası üzrə keçirilən Dünya Kubokunda bürünc medal qazanan Selcan Mahsudova Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.
19 yaşlı idmançı yeni proqramla medal qazana bildiyi üçün çox sevincli olduğunu bildirib:
"Çox sevinirəm ki, ilin ilk yarışı mənim üçün uğurla yekunlaşdı. Əsas məqsədim yaxşı çıxış etmək idi. Məşqçimlə birgə proqramımı daha da təkmilləşdirərək çətinliyini artıracağıq. Ən böyük məqsədim Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Əsas odur ki, məşqlərim istədiyim kimi alınsın və fikrimi bu istiqamətə cəmləyim. Bu yarışdan sonra məni fevralın 24-də yerli yarış gözləyir. Orada da eyni proqramı nümayiş etdirəcəyəm. Daha sonra qarşıdakı yarışlara hazırlaşacağam".