Yeni mövsümə hazırlığını davam etdirən "Rəvan” heyətini gücləndirməkdə davam edir. Komanda bu gün yay "transfer pəncərəsi”ndə 5-ci keçidini rəsmiləşdirdi. Buna qədər Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov və Bəxtiyar Soltanovu heyətə qatmışdısa, növbəti transfer Novruz Məmmədov oldu. Martda 23 yaşı tamam olan müdafiəçi ilə 2 illik müqavilə imzalandı.
Yaxın keçmişdə 4 il "Muğan”ın şərəfini qorumuş Novruzun son klubunun "Bakı” olduğunu qeyd edək. Azərbaycan U-21 yığmasında 12 oyun keçirən Məmmədov 2011/12 mövsümündə paytaxtın eyniadlı komandasında demək olar, mütəmadi oynasa da, son "futbol ili”ndə bu baxımdan problem yaşadı. Daha çox oyun praktiktikası əldə etmək fikrində olan müdafiəçi üçün belə məqamda "Rəvan"dan təklif alması lap yerinə düşdü.
Bunu o, klubun rəsmi saytına danışarkən də qeyd etdi: "Daha çox oynamaq, özümü sübut etmək istəyirdim. Amma son mövsümdə "Bakı”da bu baxımdan işlər istədiyim kimi getmədi. Bu səbəbdən mənə doğma olan komandaya qayıtmaq variantı yarananda düşünmədən razılaşdım. Burada həm rəhbərliyi, həm məşqçiləri, həm də texniki personalı yaxşı tanıyıram. Necə də olmasa, 4 il bu şəxslərlə birgə çalışmışıq. Oyunumla komandaya bacardığımın ən yaxşısını verməyə çalışacam. Mənə göstərdikləri etimada görə onlara olan borcumu meydanda qaytaracam”.
İdman24.az