Elvin Məmmədov yayda klubunu dəyişə bilər. Fanat.az xəbər verir ki, "Bakı"da çıxış edən yarımmüdafiəçinin mövsümün sonunda klubla müqaviləsi başa çatacaq.
"Bakı" hələ Elvinə yeni müqavilə təklif etməyib. Futbolçu özü də gözləmə mövqeyi tutur. Tərəflər yeni müqavilə məsələsində razılığa gəlməsə, Elvin özünə yeni klub axtarmalı olacaq.
Qeyd edək ki, Elvin 2011-ci ildən "Bakı"da çıxış edir. Milli komandada 29 oyun keçirib 7 qola imza atan futbolçu əvvəllər "Turan", "İnter" və "Qarabağ"ın formasını geyinib.
Fanat.az