Azərbaycan triatlonçusu Rostislav Pevtsov mövsümə uğursuz başlayıb.
Fanat.Az xəbər verir ki, o, Əbu-Dabidə keçirilən Dünya Seriyasının birinci mərhələsində finişə çata bilməyib. 750 metr üzən Pevtsov ardınca velosipedlə 20 km məsafə qət edib. Lakin o, məsafənin son hissəsini (5 km) qaça bilməyib.
Əbu-Dabidə ümumilikdə 61 idmançı mübarizə aparıb.