Böyükağa Hacıyev "Sumqayıt"la oyunla (1:3) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi doğum günündə yetirmələrininin onu "böyük hədiyyə" etdiyini deyib:
“Futbolçularıma mənə etdikləri “böyük hədiyyə”yə görə “minnətdaram”. Bu gün mənim 56 yaşım tamam olur. Bunu yadımda saxlayacam. “Sumqayıt” daha yaxşı oynadı. Layiqli qələbə qazandı. Rəqib komandanın gənc futbolçuları bizdən daha istəkli oynadılar. Əgər “Neftçi”də qalası olsam, kubokun cavab oyunundan sonra yeni komanda yığacam. Köhnələrlə vidalaşmağa çalışacağam. Su bir yerdə çox qalanda iylənər. Heyətə “yeni qan” lazımdı. Kubokda inamlı oynayıb, qələbə qazanmaq lazımdı. Çempionatda “İnter” də bizdən 3 xal irəlidədi. Mövsümü titulsuz başa vurmaq istəmirəm. Sabahdan “Rəvan”la oyunun hazırlıqlarına başlayacağıq. Bu gün futbolçularımın rəqib qarşısında acizliyini gördüm. Heç kimi qınamıram, günah özümüzdədi. Artıq bu futbolçular “doyub”. Komandamı meydanda tanımadım, oynamaq istəmədilər. Bu gün autsayderə qarşı oynayırıq, sabah isə avrokuboklarda oynayacağıq. Bu komanda ilə çox uzağa getmək olmaz. Bu oyunu yüksək səviyyədə oynamaq lazım idi. “İnter” hazırda yüksəlişdədi, səfərdə “Bakı”nı 4:0 hesabı ilə məğlub etdi. Autsayderə 1:3 hesabı ilə uduzmaq isə biabırçılıqdı. Bəzi futbolçuları yerinə olsam gecə intihar edərdim. Bu nəticə “Neftçi”nin tarixi üçün qara ləkədi. Araz gərək azarkeşə cavab verməyəydi".
Fanat.az