03:00 12.03.2023 186

Azərbaycan gimnastı dünya kubokunun qalibi oldu

Azərbaycanda keçirilən kişi və qadın idman gimnastikası üzrə Dünya kubokunun üçüncü günü Milli Gimnastika Arenasında qürurverici an yaşanıb.

Fanat.Az xəbər verir ki, finalda mübarizə aparan gimnastımız Nikita Simonov doğma divarlar arasında bayrağımızı yüksəltdi, himnimizi səsləndirdi.

Yarışın ilk günü halqalar ilə hərəkətlərin icrasında təsnifat mərhələsini birinci pillədə başa vuran gimnastımız finalda da eyni uğuru təkrarladı. Hakimlərdən 14.733 xal alan Nikita bir sıra güclü rəqibləri geridə qoyaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəldi.

Mürəkkəb hərəkətləri böyük əzmkarlıqla nümayiş etdirən Nikitanın çıxışı zalda əyləşən tamaşaçıların gur alqışları və dəstəyi ilə müşayiət olundu. İdmançımızın qələbə anı gimnastikasevərlərə duyğulu anlar yaşatdı. Belə ki, dövlət himnimiz səslənərkən zalda əyləşən bütün azarkeşlər fəxri kürsüdə dayanan gimnastımızla birgə Azərbaycan himnini sonadək uca səslə ifa etdilər.

Final günündə həmçinin kişilər arasında sərbəst hərəkətlər, paralel qollar, qadınlar arasında isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar üzrə qaliblər də müəyyənləşdi.

Yarışda ən yüksək icra xalı toplamış gimnastlar qadınlar arasında İndoneziya təmsilçisi Rifda İrfanalutfi və kişilər arasında İtaliya təmsilçisi Nikola Bartolini “AGF Trophy” kuboku ilə təltif olundular.

Sonuncu yarış günündə keçiriləcək final yarışlarında kişi gimnastlar dayaqlı tullanma, dəstəli at və turnik, qadın gimnastlar isə gimnastika tiri və sərbəst hərəkətlər üzrə proqramlarını nümayiş etdirəcəklər. Ölkəmizi final mərhələsində daha iki gimnastımız təmsil edəcək. Yığma komandamızın üzvü İvan Tixonov turnik, Nazənin Teymurova isə sərbəst hərəkətlər proqramında mübarizə aparacaqlar.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

Facebookdan bizi izləməyi unutmayın.
X