2013/14 mövsümündə "Simurq" "Qarabağ"ın, "Sumqayıt" "Neftçi"nin qəniminə çevirilib. Fanat.az xəbər verir ki, Ağdam klubu heç oyunda zaqatalalılara qalib gələ bilməyib.
Bu komandalar arasında ilk 3 dövrənin oyunları qolsuz bərabərliklə başa çatıb. Dünən keçirilən XXXI turun qarşılaşmasında isə "Simurq" 1:0 hesablı qələbə qazanıb.
"Sumqayıt" isə 3 oyunda "Neftçi"dən xal alıb. İlk dövrənin oyunu 0:0 hesabı ilə yekunlaşıb. Növbəti qarşılaşmada "Neftçi" 2:1 hesablı qələbyə sevinib. Son iki oyunda isə "Sumqayıt" 2:0 və 3:1 hesablı qələbələr qazanıb.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol