"Qəbələ"nin 13 yaşadək futbolçulardan ibarət komandası Türkiyənin Antalya şəhərində keçirilən V Vodafone Beynəlxalq turnirində çıxışını davam etdirir. Fanat.az xəbər verir ki, turnirin açılış günündə 2 oyun keçirən və maksimum nəticə qazanan təmsilçimiz qrupun son matçında "Fənərbaxça" ilə qarşılaşıb. Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə bitib - 1:0.
Qrupda 6 xal toplayan və növbəti tura - 1/8 final mərhələsinə vəsiqə qazanan "qırmızı-qaralar" bu etapda İtaliya "Milan"ına rəqib olub. Maraqlı mübarizə şəraitində keçən "Qəbələ" - "Milan" qarşılaşması ikincilərin 1:0-lıq qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra Ülfət Mədətovun yetirmələri 9-16-cı yerlər uğrunda mübarizəyə qoşulub. Təmsilçimiz bu çərçivədə sabah "Antalyaspor"la üz-üzə gələcək.
Fanat.az