Portuqaliyada aerobika üzrə Dünya Kubokuna start verilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri təsnifat mərhələsində uğurla çıxış edib. Vladimir Dolmatov - Mədinə Mustafayeva qarışıq cütlük finala yüksəlib.
Qeyd edək ki, aerobika ustalarımız üçün bu, cari mövsümdə ilk beynəlxalq yarışdır.