Bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvləri martın 31-dən aprelin 2-dək Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Dünya Kubokunda çıxış edəcək.
Fanat.Az xəbər verir ki, yarışda ölkəmiz iki idmançı ilə təmsil olunacaq. Bunlar Zöhrə Ağamirova və Alina Gözəlovadır.
Zöhrə üçün bu, cari ildə ilk beynəlxalq yarış olacaq.