Antalyada Azərbaycan komandasının iştirakı ilə idman gimnastikası üzrə yeniyetmələr arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialın ikinci günündə qızlar arasında çoxnövçülük üzrə təsnifat yarışları keçirilib.
İdmançılarımız arasında ən yaxşı nəticəni Duyğu Məcidzadə göstərib. O, ümumilikdə 40,199 bal toplayaraq 106-cı yeri tutub.
Duyğu Norveç, Ermənistan, Cənubi Koreya, Gürcüstan, Portuqaliya gimnastlarını qabaqlayıb.