Bu gün Antalyada Azərbaycan komandasının iştirakı ilə idman gimnastikası üzrə Avropa çempionatı start götürəcək.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə kişilər arasında çoxnövçülük üzrə təsnifat yarışları keçiriləcək. İştirakçılar həm mütləq yarışın, həm də fərdi yarışların finalına çıxmaq uğrunda mübarizə aparacaqlar.
AÇ-də ölkəmizi İvan Tixonov və Nikita Simonov təmsil edəcək.