"Neftçi" daha bir futbolçusunu geri qaytarmaq qərarına gəlib. Fanat.az xəbər verir ki, "Simurq"da icarə əsasında çıxış edən Nicat Qurbanov yeni mövsümdə "ağ-qara" formanı geyinəcək.
Son 3 mövsümdə "Simurq"da çıxış edən Nicat yayda "Neftçi"yə qayıtmış və adı Çempionlar Liqasının sifariş ərizəsinə salınmışdı. Sonradan 22 yaşlı yarımmüdafiəçi Zaqatala klubuna icarəyə verildi. O, bu mövsüm "Simurq"da 24 oyun keçirib və 2 qol vurub.
Qeyd edək ki, "Neftçi" Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şaab" klubundan Julius Vobayla "Araz Naxçıvan"dan Emil Balayevi də geri qaytarmaq qərarına gəlib.
Fanat.az