Futzal üzrə UEFA Kubokunun üçüncü yer uğrunda mübarizə aparacaq "Araz" bu gün “Kayrat”la qarşılaşacaq. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu bu oyundan əvvəl iki şad xəbərə sevinib.
Belə ki, zədəli olduğu üçün yarımfinalın "Barselona" ilə matçında komandasına kömək edə bilməyən Vitali Borisov sağalıb və meydana çıxmağa hazırdı. Elit-raund mərhələsinin son turunda “Sportinq”lə matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Edu da bu dəfə oynaya biləcək.
Əvəzində “Barselona” ilə görüşdə sarı vərəqə alaraq cəzalı duruma düşən Davi meydana çıxmayacaq.
Fanat.az