Bu gün Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilmiş futzal üzrə UEFA Kubokunun üçüncü yer uğrunda “Kayrat” - “Araz” oyununun fasiləsində təltifetmə mərasimi olub. Fanat.az xəbər verir ki, uzun müddət futzal üzrə Azərbaycan milli komandasının heyətində çıxış etmiş qapıçılar təltif olunub.
Belə ki, Marat Salyanski və Andrey Tveryankinə futzalçı karyeralarını bitirmələri münasibətilə AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov tərəfindən xatirə hədiyyəsi təqdim olunub.
Fanat.az