Hayfada (İsrail) sambo üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan samboçuları daha üç medal qazanıblar. Mehman Xəlilov (58 kq), Hacıəli Qasımov (71 kq) və Ceyhun Hüseynov (88 kq) bürünc mükafata sahib çıxıblar.
Qeyd edək ki, daha əvvəl Mirfəttah Seydulayev (64 kq) gümüş medal qazanıb.