“Mançester Yunayted”i 26 il çalışdıran və bir neçə gün bundan əvvəl karyerasını başa vurduğunu açıqlayan baş məşqçisi Aleks Ferqyussonun maraqlı bir xatirəsi satışa çıxarılıb.
Apasport.az-ın məlumatına görə, şotlandiyalı çalışdırıcının ağzından düşmədiyi saqqızı alıcılara təqdim edilib.
71 yaşlı mütəxəssisin son çeynədiyi saqqızı nadir bir əsər olaraq alış-veriş saytlarının birində satışa çıxarılıb və çox çəkmədən onu 150 min funt-sterlinq qarşılığında alıblar.
Qeyd edək ki, Aleks Ferqyusson “Mançester Yunayted”ə 13 kubok qazandırıb.
İdman24.az