Gənclər və İdman Nazirliyi məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranmasını əks etdirən videogörüntülərlə bağlı məlumat paylaşıb.
Fanat.Az xəbər verir ki, mlumatda qeyd olunub:
“2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyimizi bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyirik. Allah rəhmət eləsin!”
Məlumatda hadisə ilə bağlı cinayət işinin qaldırıldığı və məşqçi M.Xəlilovun hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanıldığı və azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxsin qanun qarşısında cavab verəcəyi qeyd olunub.