Azərbaycanın bodibildinq komandası Santa Susannada (İspaniya) keçirilən Avropa çempionatında üç medal qazanıb.
Fanat.Az xəbər verir ki, klassik bodibildinq yarışlarında Fərhad Quliyev və Səid Codairi gümüş medala yiyələniblər.
Çimərlik bodibildinqi kateqoriyasında isə Təbriz Tarverdiyev ikinci yeri tutub.