Azərbaycan gimnastları Dünya Kubokunda çoxnövçülükdə bürünc medal qazanıblar.
Fanat.Az xəbər verir ki, Portuqaliyada keçirilən yarışda qrup hərəkətləri üzrə Azərbaycan komandası çoxnövçülükdə bürünc medal qazanıb.
Beş halqa, iki lent və üç topla hərəkətlərin nəticələrinə görə Ləman Əlimuradova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Darya Sorokina, Zeynəb Hümmətova və Yelizaveta Luzandan ibarət qrup ümumilikdə 61.000 xal toplayıb. Yığma həmçinin hər iki finala vəsiqə qazanıb.
Fərdi yarışa gəlincə, Zöhrə Ağamirova mütləq yarışda altıncı olub. O, halqa və topla finala yüksəlib.