Gimnastika üzrə Azərbaycan yığması Portuqaliyada keçirilən Dünya Kubokunun son günündə dörd finalda çıxış edib.
Fanat.Az xəbər verir ki, Ləman Əlimuradova, Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası beş halqa ilə dördüncü olub. Eyni nəticə üç lent və iki topla finalda da qeydə alınıb.
Zöhrə Ağamirova topla beşinci, halqa ilə yeddinci yeri tutub.
Beləliklə, komandamız yarışı qrup hərəkətləri üzrə çoxnövçülükdə qazandığı bir bürünc medalla başa vurub.