Topaz Premyer Liqasının XXXIII turunda baş tutan oyunlardan birinin başlama vaxtı dəyişdirilib. Fanat.az xəbər verir ki, "İnter" - "Sumqayıt" oyunu əvvəlcədən elan olunduğu vaxtda başlamayacaq.
Belə ki, PFL dünən qarşılaşmanın saat 18.00-da start götürəcəyini açıqlamışdı. Bu gün isə oyunun bir saat tez - 17.00-da start götürəcəyi elan olunub. Dəyişikliyin səbəbi açıqlanmayıb.
Fanat.az