Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatı həlledici mərhələyə qədəm qoyur.
Fanat.Az xəbər verir ki, yarışın 4-cü günündə fərdi yarışda çoxnövçülük finalı keçiriləcək. Həmçinin qrup hərəkətləri üzrə komandalar mütləq birinciliyin qaliblərini müəyyən edəcək.
Fərdi çoxnövçülük finalında Azərbaycan təmsilçisi Zöhrə Ağamirova da çıxış edəcək.
Proqramın axşam hissəsində isə xalça üzərinə qruplar çıxacaq. Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Zeynəb Hümmətova, Kamilla Əliyeva və Yelizaveta Luzandan ibarət komandamız beş halqa, həmçinin üç lent və iki topla kompozisiyalar ifa edəcək.
Qeyd edək ki, daha əvvəl gənclərdən ibarət qrup hərəkətləri komandamız qitə birinciliyində iki medal qazanıb. Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zöhrə Cəfərovadan ibarət milli çoxnövçülükdə, o cümlədən finalda 5 halq ilə çıxışda bürünc medal qazanıb. AÇ-də ümumilikdə 38 ölkədən 315 gimnast iştirak edir.