Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast olub.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) sosial şəbəkə hesabında məlumat yayıb.
“Tarixə düşdü! Zöhrə Ağamirova Avropa çempionatında medal qazanan ilk azərbaycanlı gimnast oldu. Ölkəmizdə keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında Azərbaycan yığma komandasının üzvü Zöhrə Ağamirova topla fərdi çıxışında bürünc medal qazanıb”, - paylaşımda deyilir.