11:40 22.05.2023 481

Altı yaşında Birinci vitse-prezidentin xeyir-duasını aldı, ard-arda tarix yazdı - Portret

Gimnastika idmanın populyar növlərindəndir. Azərbaycanda da şahmat, güləş, cüdo və digər döyüş növləri ilə yanaşı, son illərdə ən sevilib-seçilən növlərdən biri hesab olunur. 

21 il əvvəl federasiya rəhbərliyində edilən dəyişiklik və beləliklə, təşkilatın yenidən qurulmasından sonra ölkədə gimnastikanın sürətli inkişaf dövrü başladı. Qısa müddətdə bu növ üzrə mühüm beynəlxalq yarışların təşkilatçılıq təcrübəsi formalaşmağa başladı. 2003-cü ildə Bakıda ilk dəfə bədii gimnastika üzrə Dünya Kubokunun mərhələ yarışı keçirildisə, iki il sonra artıq mundialın ev sahibliyinə yiyələndik. Səmərəli fəaliyyətin bəhrəsi olaraq, müstəqil ölkə kimi bu günə qədər ardıcıl beş dövrü uğurla başa vurub, olimpiadalara vəsiqə qazanmışıq. Bunların üçündə yalnız bədii gimnastika üzrə təmsil olunmuşuqsa, Rio-2016 və Tokio-2020-də idman gimnastikasında da dördilliyin zirvə yarışınadək irəliləmişik.

Əminliklə deyə bilərik ki, Azərbaycanda bir gimnastika ənənəsi formalaşıb və bu, hər keçən gün daha da genişlənir. 

Ötən gün isə Azərbaycan bu idman növündə növbəti  tarixi uğurlarını qazandı. Qrup hərəkətləri komandamız paytaxtımız Bakıda təşkil olunan 39-cu Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla ölkə idmanında bir ilkə imza atdı. Həmçinin fərdi yarışlarda topla hərəkətlərdə bürünc medal qazanan Zöhrə Ağamirova Azərbaycan gimnastika məktəbinin yetirməsi olaraq qitə mükafatına layiq görülən ilk bədii gimnast oldu. 

Bu yazıda sizi Zöhrə Ağamirova ilə yaxından tanış edəcəyik. 

Hələ 16 il əvvəl alınan xeyir-dua

8 avqust 2001-ci ildə Bakıda, yoşinkan aykido üzrə dördüncü dan qara kəmər ustası Atil Ağamirovun ailəsində dünyaya göz açan Zöhrə, gimnastika ilə 3 yaşından məşğuldur. Lakin ilk addımlarını bədii deyil, akrobatika gimnastikasında atıb. Anası Könül xanımın dediyinə görə, bu, tam təsadüf nəticəsində baş verib. Belə ki, onlar məhz "bədii gimnastika" deyib, zala üz tutsalar da, tale onların qismətinə akrobatika məşqçisini çıxarıb. Beləcə, bir ili əhatə edən müddətdə gimnastikanın ən qədim növü ilə məşğul olan kiçik Ağamirova, dörd yaşından etibarən gənc məşqçi Elnarə Hüseynovanın rəhbərliyi ilə bədii gimnastikanın sirlərini öyrənməyə başlayıb. İki yaşından hərfləri tanıyan, fərqli maraq və bacarıqları ilə adi uşaq olmadığını nümayiş etdirən Zöhrə, gözlənildiyi kimi, az vaxtda özünü sübut edir. Bir ay sonra respublika yarışında üçüncü olursa, bir il sonra Rusiyada keçirilən turnirdə birincilik qazanır. Ümumiyyətlə, balaca Zöhrənin xalça üzərindəki qətiyyəti, çevik hərəkətləri, çətin elementləri məharətlə icra etməsi, onu izləyən mütəxəssisləri həmişə heyran edib. Ağamirova hələ 6 yaşında olarkən, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın diqqətini çəkib. Belə ki, uşaq bağçasının açılışında Zöhrənin təqdim etdiyi proqramı izləyən Mehriban xanım, çıxışdan sonra onunla söhbət edir, uğurlar diləyir, xeyir-dua verir. Əlbəttə, bu, hər bir kiçik yaşlı idmançı üçün olduqca qürurlu, gələcəyə təkan verən məqamdır.

İslamiada çempionu, universiada rekordçusu

14 yaşında Bakı birinciliyində qalibiyyət sevinci yaşayan Zöhrə, 2015-ci ildə Bolqarıstanın Plovdiv şəhərində keçirilən beynəlxalq turnirdə halqa ilə hərəkətin yekununda gümüş medal qazanır. Növbəti il isə o, ip və çoxnövçülükdə Azərbaycan çempionatının qızıl, topla hərəkətdə gümüş, gürzlərlə bürünc medalçısı olur. 2016-cı ildə Estoniyanın Tartu şəhərində təşkil olunan ənənəvi "Miss Valentin" turnirində gürzlərlə ikinci olan Ağamirova, top, ip və çoxnövçülükdə ölkəmizə bürünc medalla dönür. 15 yaşlı gimnastın həmin ildə digər nailiyyəti isə Mingəçevirdə keçirilən açıq Azərbaycan birinciliyinə təsadüf edir. Zöhrə çoxnövçülükdə ən güclü adını qazaraq, ili tam olaraq aktivinə yazır. 2017-ci ildə Belçikanın Gent şəhərində baş tutan "Happy Cup" beynəlxalq yarışında birinci olan gənc bədii gimnast, mayda Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında da fəxri kürsünün ən yüksək pilləsində dayanır. Belə ki, tarixdə ilk dəfə İslamiadanın proqramına salınan bədii gimnastika üzrə yarışda Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirovadan ibarət Azərbaycan yığması 4 hərəkətin yekununda 128.200 balla birinci olur. Qızlarımıza baş mükafatı Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edir ki, bundan 10 il əvvəl birinci xanımın xeyir-duasını alan Zöhrənin həmin an keçirdiyi qürur hissini ifadə etmək üçün əlavə şərhə lüzum yoxdur.

2018-ci ildə Latviyanın paytaxtı Riqada təşkil olunan "Baltika halqası" turnirində gürzlərlə kompozisiyada gümüş medal qazanan Ağamirovanın karyerasının ən parlaq dövrü məhz cari ilə təsadüf edir. 18 yaşının tamamına hələ bir ay qalmış, Napolidə keçirilən Universiadada ölkəmizin aktivinə iki gümüş (gürzlər və çoxnövçülük) medal yazdıran istedadlı gimnast, 16-22 sentyabr aralığında baş tutan, Bakının tarixdə ikinci dəfə ev sahibliyi etdiyi mundialda ilk 16 gimnast sırasına düşməklə, Olimpiadaya lisenziya missiyasının da öhdəsindən gəlir. Yeri gəlmişkən, respublikamızın nümayəndələri Apenində baş tutan sayca 30-cu Universiadadan 7 medalla döndü ki, növlər üzrə keyfiyyət etibarilə ən yaxşı göstəriciyə məhz gimnastlarımız imza atdı - 1 qızıl, 2 gümüş. Bir universiadada 2 medal qazanmaq isə Zöhrəyə qədər heç bir idmançımıza nəsib olmamışdı. Bu arada, Bakı şəhər 277 saylı orta məktəbin məzunu olan rekordçu qızımız, hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.

Yeni səhifə

Azərbaycan, "Los-Anceles 1984"-dən etibarən Yay Olimpiya Oyunlarının proqramında yer alan bədii gimnastika üzrə 2004-cü ildən zirvə yarışında təmsil olunur. İlk dəfə Dinara Gimatova lisenziya qazanmışdısa, "Pekin 2008"də onunla yanaşı, Aliyə Qarayeva və qrup hərəkətləri üzrə yığma minimum vəzifəni yerinə yetirmişdi. London Olimpiadasında sadəcə, Qarayeva, Rioda isə Marina Durunda ilə təmsil olunmuşduq. Zədə səbəbindən Afinada Gimatovanı əvəzləyən Anna Qurbanovanın da ölkəmizin qucaq açdığı idmançılardan biri olduğunu nəzərə alsaq, Zöhrə Ağamirova fərdi şəkildə Olimpiadaya yüksəlmiş ilk Azərbaycan əsilli bədii gimnastdır. 

Nəticələrindən də göründüyü kimi, uğurlu və sevimli aləti gürzdür. Dediyinə görə, heç kimi özünə kumir seçməyib. Bununla belə, gözünü açandan Alina Kabayeva, Yevgeniya Kanayeva, Lyubov Çarkaşina kimi əfsanəvi bədii gimnastları izlədiyini, onların bacarıqlarından faydalandığını qeyd edir.

Bədii gimnastika, incəsənətin gözəllik və güclə mükəmməl vəhdətidir. Təsadüfi deyil ki, adətən bu növü, idmandan daha çox, incəsənətlə bağlayırlar. Hər bir hərəkət musiqi sədaları altında icra olunduğundan, gimnast xanımlarda olması gərəkən başlıca xüsusiyyətlərdən biri musiqi duyumudur. Zöhrənin isə musiqiyə qarşı ta uşaqlıqdan böyük həvəsi olub. Deyilənə görə, yaxşı da səsi var.

Davamı var...

İslamiadanın qızıl, Universiadanın ikiqat gümüş mükafatçısı, Olimpiadada iştirak və Avropa çempionatının medalı. 22 yaşlı bir idmançı üçün kifayət qədər uğurlu, qibtə ediləcək karyeradır. Sözsüz ki, Zöhrə bu gün Azərbaycan bədii gimnastikasının 1 nömrəli simasıdır. Müsahibələrinin birində "heç nə asanlıqla əldə olunmur, sadəcə, mübariz olmaq lazımdır" deyən istedadlı xanım, görünür, öz gözəl təbəssümü ilə bizi zirvədə hələ çox salamlayacaq.

Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X