"Xəzər Lənkəran"la oyun asan olmadı. Erkən qol bizə çox kömək etdi, ondan sonra daha inamla oynamağa başladıq". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in qapıçısı Səlahət Ağayev deyib.
Qolkiper "Xəzər Lənkəran" üzərində qazandıqları 3:0 hesablı qələbəni dəyərləndirib və qarıdakı matçla bağlı fikir bildirib: "Ümumiyyətlə, son 3 turda biz “Neftçi”, “Bakı” və “Xəzər Lənkəran” kimi güclü komandalarla qarşılaşdıq. Belə ambisiyalı komandalarla görüşlərdə yüzfaizlik nəticə qazanmaq əladı. İndi bizi “Sumqayıt”la qarşılaşma gözləyir. Etiraf edim ki, bu komandayla oyun çətin olacaq. Mən bir müddət “Sumqayıt”ın heyətində çıxış etmişəm və bilirəm ki, bu oyunçular 90 dəqiqə ərzində özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Bu komanda yaxşı hücuma keçən gənc futbolçulardan ibarətdi. Onlar bunu ötən oyunlarda da göstərdilər. Biz bu oyuna səylə hazırlaşırıq və özümüzü yaxşı tərəfdən göstərməyə calışacağıq”.
Fanat.az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol