I divizonda XXVIII turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.
"Araz Naxçıvan" səfərdə "Şəmkir"i 2:1 hesabı ilə yenib. Bununla Muxtar Respublika təmsilçisi sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. "Şahdağ" isə eyni hesabla Mingəçevirdə "Energetik"ə qalib gəlib.
İkinci oyun günündə 3 qarşılaşma baş tutub. İkinci pilləni tutan "Neftçala" "Kəpəz"i darmadağın edib - 4:0. "Turan-T" evdə "Göyəzən"i 3 cavabsız qolla yenib. "Şuşa" isə "Bakılı"ya 4:1 hesabı ilə qalib gəlib.
Turun son 3 oyunu bu gün keçirilib. "Qaradağ" "Karvan"ı 3:0 hesabı ilə yenib. "Ağsu" "Lokomotiv"i darmadağın edib - 5:0. "Mil-Muğan" MOİK-i iki cavabsız qolla üstələyib.
I divizion
2013/14 mövsümü
II dövrə, XXVIII tur
2 may
Şəmkir - Araz Naxçıvan 1:2
Qollar: Anar Rzayev, 20-pen - David Canalidze, 9-pen. Tərlan Xəlilov, 11.
Energetik - Şahdağ 1:2
Qollar: Turan Yusiov, 86 - Zeynal Hacıyev, 33; 79.
3 may
Şuşa - Bakılı 4:1
Qollar: Məhəmməd Xəlilov, 6-pen. Samir Abdulov, 14; 52; 73 - Rəhman Musayev, 22.
Neftçala - Kəpəz 4:0
Qollar: Aslan Hüseynov, 11. Tanrıverdi Məhərrəmli, 31. Aqşin Həşimov, 69. Elvin Adışirinli, 82.
Turan-T - Göyəzən 3:0
Qollar: Rəşad Piriyev, 53. Əbülfət Abbasov, 55. Asəf Qədiri, 58-pen.
4 may
Mil-Muğan - MOİK 2:0
Qollar: Şahin Kərimov, 44. Samir Babayev, 85.
Qaradağ - Karvan 3:0
Qollar: Mehdi Mehdiyev, 25-pen; 86. Anar Həsənov, 78.
Ağsu - Lokomotiv 5:0
Qollar: Nicat Tağıyev, 5. Seyid İsgəndərov, 23. Natiq Kərimi, 55-pen. Malik Babayev, 67; 82.
1 | Araz | 28 | 23 | 4 | 1 | 54-11 | 69 |
2 | Neftçala | 27 | 19 | 4 | 4 | 74-18 | 61 |
3 | Qaradağ | 28 | 17 | 8 | 3 | 51-14 | 59 |
4 | Ağsu | 28 | 17 | 5 | 6 | 54-24 | 56 |
5 | Şahdağ | 28 | 16 | 5 | 7 | 53-20 | 53 |
6 | Şuşa | 27 | 14 | 8 | 5 | 54-21 | 50 |
7 | Mil-Muğan | 28 | 11 | 6 | 11 | 29-30 | 39 |
8 | Turan-T | 28 | 13 | 5 | 10 | 50-41 | 44 |
9 | Karvan | 28 | 11 | 5 | 12 | 39-51 | 38 |
10 | Lokomotiv | 28 | 12 | 2 | 14 | 40-55 | 38 |
11 | MOİK | 28 | 7 | 7 | 14 | 30-47 | 28 |
12 | Şəmkir | 28 | 7 | 6 | 15 | 26-41 | 27 |
13 | Bakılı | 28 | 6 | 6 | 16 | 32-54 | 24 |
14 | Kəpəz | 28 | 6 | 4 | 18 | 26-36 | 22 |
15 | Göyəzən | 28 | 2 | 2 | 24 | 11-87 | 8 |
16 | Energetik | 28 | 1 | 5 | 22 | 8-81 | 8 |
Bombardirlər: Əli Bağırov (Karvan), David Canalidze (Araz Naxçıvan) - 19. Sərxan Ağayev (Şahdağ) - 18. Elvin Adışirinli (Neftçala/Şuşa) - 16. Ceyhun Abdullayev (Neftçala), Məhəmməd Bədəlbəyli (MOİK), Rəşad Piriyev (Turan-T) - 12. Qalib Əmrahov (Ağsu) - 11.
Fanat.az