Kaxaber Tsxadadze "Sumqayıt"la oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “İnter”in baş məşqçisi rəqibi tərifləyib:
"İlk öncə futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oynadılar və layiqli qələbə qazandılar. “Sumqayıt” həmişə xoşuma gəlib, hücumda qorxusuz və aqressiv oynayırlar. Bu, təqdirəlayiq haldı. Futbolçuların fərdi sürəti çox yüksəkdi. Müdafiədən sürətli çıxırlar, bundan ehtiyatlanırdıq. Rəqibin əks-hücumlarının qarşısını ala bildik. Son zərbəni vura bilməməyimiz hesabın daha erkən böyüməsinə mane oldu. Son 15 dəqiqədə ötürmələrdə qeyri-dəqiqlik var idi, futbolçular sakit şəkildə topa nəzarət etmək əvəzinə həyəcanlanırdılar. Mövsümün sonudu, futbolçuları başa düşmək olar. Mövsümün başlanğıcı ilə müqayisə edəndə indi ikinci yer uğrunda mübarizə aparırıq, bu, futbolçuların imicini çox yüksəldi. Daha bir xal yığmalıyıq ki, avrokuboklara vəsiqəni təmin edək”.
Fanat.az