Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Yığmamız Rusiya Birinci divizionunda çıxış edən "Qazovik-Qazprom" klubunun əsas heyəti ilə qarşılaşıb. Qarşılaşma 3:2 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə yekunlaşıb. Yığmamızın heyətində Ruslan Nəsirli və Coşqun Diniyev fərqlənib.
İdman24.az