Azərbaycan milli komandasının triatlonçusu Rostislav Pevtsov dünya reytinqində mövqeyini pisləşdirib.
Fanat.Az xəbər verir ki, yenilənmiş reytinqdə o, dörd pillə geriləyib və hazırda 1432,80 xalla 77-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, ilin əvvəlindən Pevtsov üç yarışda iştirak edib. O, Avropa çempionatında 15-ci olub, Dünya Kuboku və Dünya Seriyası mərhələsində finişə çata bilməyib.