Azərbaycan yelkənçiləri İspaniyanın Kosta-Brava şəhərində keçiriləcək 2023 Optimist Dünya Çempionatına qatılacaqlar.
Federasiyadan Fanat.Az-a verilən məlumata görə, yarışda ölkəni Emel Məmmədli, Davud Babazadə, Nərgiz Məmmədova və Nəzrin Məmmədova təmsil edəcəklər.
İdmançılar mundiala məşqçi Yasin Çakır və Azərbaycan Yelkən Federasiyasının vitse-prezidenti Burcu Algon Giorgianninin rəhbərliyi altında yollanıblar.
Qeyd edək ki, dünya çempionatı 15-25 iyun tarixlərində təşkil olunacaq.