Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Pərdis Fərcad-Azad “Sumqayıt”ın düşərgəsinə qoşulub. Azerisport.az xəbər verir ki, onun komandası yeni mövsümün hazırlıqlarına xeyli öncə start versə də, millimizin üzvü təlim-məşq toplanışının bundan sonrakı hissəsində iştirak edə biləcək.
Qeyd edək ki, Azadın “Sumqayıt”a gec qayıtmasının səbəbi onun “Xəzər Lənkəran”a keçmək istəməsi idi. O, hətta Almaniyada təlim-məşq toplanışında olan “ağ-yaşıllar”ın düşərgəsinə də yollanmışdı. Amma “Xəzər Lənkəran” onu azad agent kimi transfer etmək istədiyindən, “Sumqayıt”a transfer haqqı ödəməkdə maraqlı olmadı. Futbolçu özü isə klubu ilə bu problemi yoluna qoya bilmədiyindən, onun cənub təmsilçisinə transferi baş tutmadı.
Bu üzdən də Pərdis növbəti mövsümü yenə “Sumqayıt”da keçirməli olacaq.
İdman24.az