“Bakı”nın yeni mövsüm üçün hazırlıq planları müəyyənləşib. Azerisport.az xəbər verir ki, yeni baş məşqçisi Milinko Pantiçin rəhbərliyi altında hələlik klub bazasında hazırlıq keçən “zolaqlılar” Avstriyaya yola düşməyə hazırlaşırlar.
Komanda bu ölkəyə iyulun 3-də yollanacaq. “Bakı”nın Avstriyada 20 günlük təlim-məşq toplanışı keçməsi nəzərdə tutulub.
Paytaxt klubu sözügedən ölkədə bir neçə yoxlama oyunu da keçirəcək.
Maraq üçün bildirək ki, Pantiç hələlik komandada hansı futbolçuların qalacağına, hansıların yola salınacağına qərar verməyib. O, klub prezidenti Hafiz Məmmədovla görüşü gözləyir. Yalnız bundan sonra yekun qərar veriləcək. Mümkündü ki, Avstriya səfərinə qədər heyətlə bağlı bir çox suallara aydınlıq gəlsin.
İdman24.az