"Bəzi görüşlərdə şar kimi toplarla oynayırdıq”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib.
“Ağ-yaşıllar”ın çalışdırıcısı Topaz Premyer Liqasının oyunları zamanı istifadə olunan toplardan narazı qalıb. Uelsli mütəxəssis buna görə Peşəkar Futbol Liqasını günahlandırıb: “Əslində, hər matçda təzə top verilməlidir. Lakin işlənmiş toplar verilir. Komanda rəsmi qarşılaşmalarda yeni topla oynamalıdırlar. Məncə, normal futboldan anlayışı olan insanlar bunu düzgün qarşılamalıdır”.
İdman24.az