18:18 06.05.2014 750

“Synergy Baku” “Tour d`Azerbaidjan-2014”ə hazırdı
























Bu gün “Synergy Baku” kontinental velosiped komandasının “Tour d`Azerbaidjan-2014” veloyürüşü üçün təqdimat mərasimi və mətbuat konfransı keçirilib. Fanat.az xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov ənənəvi təşkil olunan yarışın əhəmiyyətindən danışıb. 


O bildirib ki, artıq 3-cü dəfə keçiriləcək veloyürüşün bu dəfə səviyyəsi daha da artıb. “Tour d`Azerbaidjan” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyası üzrə olacaq: “Dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-i burada iştirak edir. Həmçinin, “Tour d`France”nin 2, “Vuelta” veloyürüşünün 1 qalibi veloyürüşə qatılacaq. Bütün bunlar sübut edir ki, turun səviyyəsi yüksəkdi”. 


Ələkbərov sabiq SSRİ-də kifayət qədər tanınmış həmyerlimiz Aleksandr Averin və 2008-ci il “Tour de France”in qalibi olmuş ispaniyalı Karlos Sastrenin yarışda fəxri qonaq kimi iştirak edəcəyini diqqətə çatdırıb. O bildirib ki, veteran velosipedçimizin oğlu Maksim artıq “Synergy Baku”nun üzvüdü: “Azərbaycan vətəndaşı olan Maksim Averinin komandamıza böyük faydası dəyəcəyinə inanıram”.


Vitse-prezident mayın 7-11-də baş tutacaq veloyürüşdə komandamızın və velosipedçilərimizin hədəflərini də açıqlayıb. Federasiya rəsmisi bildirib ki, hər bir idmançımızın qarşısına Azərbaycanı layiqincə təmsil etmək tapşırığı qoyulub: “Synergy Baku” son 1 ildə Azərbaycanı uğurla təmsil edib və idmançılarımız 15 dəfə fəxri kürsüyə qalxıb. Bunlar hamısı müsbət nəticələrdi. Hədəfimiz Azərbaycanı layiqincə təmsil etməkdi”. 


Ələkbərov komandanın 6 üzvündən 3-ünün azərbaycanlı olacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, federasiya bununla kifayətlənmək fikrində deyil: “Velosipedçilərin daha da inkişaf etməsi üçün çalışırıq. Düşünürəm ki, idmançılarımız həm 2015-ci ildə Bakıda olacaq Avropa Oyunlarında, həm də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Yay Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcəklər”.


Ələkbərov gələcəkdə veloturun əhatə dairəsinin də artacağını istisna etməyib. Növbəti illərdə Ağsu aşırımıda dağ yürüşünün də mərhələ yarışlarına salına biləcəyini diqqətə çatdırıb.  


Turun texniki direktoru Albrext Reder artıq Azərbaycanın bu yarışı təşkil etməsində böyük təcrübə topladığını və bu dəfə də yüksək səviyyədə keçəcəyinə inandığını vurğulayıb. O yarışın statusunun artmasını və “Tour d`Turkey”lə eyni vəhdət təşkil etməsini federasiyanın əməyi kimi qiymətləndirib: “Azərbaycana çox güclü komandalar və velosipedçilər gəliblər. Dünyanın 22 ölkəsindən 25 komandanın heyətində 150 idmançı mübarizə aparacaq. Ən çox velosipedçi Avstraliyadan gəlib. Onlar yarışda 15, İtaliya və Rusiya 12 idmançı ilə təmsil olunacaqlar. Həmçinin 2012-ci və 2013-cü ilin qalibləri də buradadı”. 


Albrext Reder iştirakçı ölkələr arasında Cənubi Afrika Respublikasının idmançılarının da şansını yüksək qiymətləndirib. O, həmin komandada “Tour d`France”nin sarı köynəyin sahibi - Linus Gerdemanın da olduğunu deyib. 


Almaniyalı mütəxəssisin sözlərinə görə, təşkilatı işlər də əla səviyyədə başa çatdırılıb və böyük ümidlərlə gözəl nəticələr gözləyirlər: “Mərhələlərin keçiriləcəyi yollar tam hazırdı. Birinci və ikinci mərhələ güclü küləklə müşayiət oluna bilər. Sonuncu mərhələ isə çox maraqlı olacaq. Velosipedçilər İçərişəhərlə belə tanış olacaqlar ki, bu da Azərbaycan üçün turizm baxımından nəzərə alınıb. Bir sözlə, 5 gün olacaq yürüş keyfiyyətlə bitəcək”. 


Reder bu dəfə hər mərhələnin yekununda ən yaxşı azərbaycanlı üçün köynək nəzərdə tutulmadığını da deyib. Bu dəfəki yarışda yalnız turun yekununda ən yaxşı həmyerlimiz seçiləcək. 


Onun sözlərinə görə, yarışın kateqoriyasının qalxmasında Azərbaycanda yarışların yüksək səviyyədə təşkil olunması böyük rol oynayıb: “6 həftə öncə UCİ mütəxəssisləri Azərbaycana gəldilər və işlərin gedişi ilə tanış olduqdan sonra səviyyənin qalxmasını təsdiq etdilər”. 


Ardınca “Synergy Baku” komandasının təqdimat mərasimi olub. Klubun üzvlərindən Elçin Əsədov bildirib ki, hədəfi ən azı bir mərhələnin qalibi olmaqdı: “Belə yüksək səviyyəli yarışın ölkəmizdə olacağı 3-4 il öncə xəyallarıma da gəlməzdi. Məqsədim mərhələlərdən birində fəxri kürsüyə qalxmaqdı və bunun üçün çalışacam”. 


Onun komanda yoldaşı Samir Cəbrayılov da gənc velosipedçilər nəslinin yetişdiyini və “Synergy Baku”nun uğurlu çıxışına inam ifadə edib. 


Markus Eybeger özünün və komandasının yaxşı formada olmasını söyləyib. Onun sözlərinə görə, “Tour d`Azerbadjan” “Synergy Baku” üçün ən əhəmiyyətli yarışdır: “Ümid edirəm ki, təsnifat mərhələsində də ən yaxşı yerlərdən birini tutacağıq. Komandamız öz azarkeşlərini bu yarışda da sevindirəcək”.


Metyu Bremmier velosiped turunu ilk növbədə taktiki yarış adlandırıb. O öz təcrübəsi hesabına komanda yoldaşlarına kömək edə biləcəyini və komandamızın gənc üzvlərini arxasınca apara biləcəyini vurğulayıb.


Maksim Averin nəticələrini ilbəil yaxşılaşdırdığını və Bakı təmsilçisinin uğurları üçün çalışacağından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, komandamızın uğuru üçün bütün gücünü ortaya qoyacaq.  


Aleksandr Surutkoviç isə mübarizənin gərgin keçəcəyi və finiş xəttinə kimi ciddi mübarizənin davam edəcəyi qənaətindədi. 


“Turnirin çox yüksək səviyyədə təşkil olunması barədə məlumatlıyam. Lakin ölkənizə bir gün öncə gəldiyimdən hələ Azərbaycanın gözəlliyini tam görə bilməmişəm”. Bu sözləri 2008-ci ildə “Tour d`France”ın qalibi olmuş ispaniyalı Karlos Sastre deyib.


Mayın 7-11-də keçiriləcək “Tour d`Azerbaidjan” veloyürüşünə fəxri qonaq kimi qatılacaq sabiq idmançı turnirlə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, Azərbaycanda velosiped idmanı sürətlə inkişaf edir ki, bu da yeni nəslin inkişafı üçün uğurlu layihədir “2 il öncə komandamızın üzvü Azərbaycanda mərhələ qalibi olub. Mənə də gəlib burada iştirak etmək xoşdu. Görürəm ki, Azərbaycanda idmanın bu növü inkişaf edir. Komandanızın təcrübəli, gənc, perspektivli idmançıları, güclü məşqçiləri var. Bu səbəbdən Azərbaycan velosipedinin uğurlu gələcəyinə inanıram”.


“Synergy Baku”nun baş meneceri David Makkuvayd 18 ay öncə yaradılan “Synergy Baku”nun uğurları barədə danışıb. Nailiyyətlərin hələ qarşıda olduğunu diqqətə çatdıran mütəxəssis daima inkişafda olduqlarını dilə gətirib: “Bir çox məsələləri həll edib, gənc nəslin inkişafına şərait yaratmışıq. Əsas məqsədimiz gənc velosipedçilər yetişdirməkdir. Əgər biz indidən Pro yarışlarına can atsaq, gənclər kənarda qalacaq. Ola bilsin, 2-3, hətta 10 ildən sonra pro yarışlarında tam güclü heyətlə çıxış edək”. 


Azərbaycanın sabiq SSRİ dönəmində ən tanınmış velosipedçisi Aleksandr Averin də yarışı yüksək qiymətləndirib və komandamıza inandığını deyib. O oğlunun da yarışda layiqincə iştirakına inanır. 


“Synergy Baku”nun idman direktoru Ceremi Hant yaxşı volesipedçilərimizin olduğunu və veloyürüşə yaxşı hazırlaşdıqlarını söyləyib. Onun sözlərinə görə, komandamızdan ümidverici nəticələr gözləyirlər. 


Qeyd edək ki, yarışın 1-ci mərhələsi sabah saat 10:30-da Dövlət Meydanı Bayrağından start götürəcək və Sumqayıt şəhərində başa çatacaq.


Fanat.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X