Mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. Fanat.az xəbər verir ki, Araz Abdullayev zədəli olduğu üçün heyətdən çıxarılıb.
Onun əvəzində adı ehtiyat oyunçular siyahısında olan "Qaziantep" B.B"nin oyunçusu Ufuk Budak və "Sumqayıt"ın üzvü Pərdis Fərcad-Azad milliyə çağırılıb.
Qeyd edək ki, Araz Abdullayev məşqdə ağır zədə alıb. Yarımmüdafiəçinin ayağında çat aşkarlanıb. Bu səbəbdən mövsümü erkən bitirən futbolçu millidən də kənarda qalıb.
Fanat.az