12:15 29.06.2013 767

Avropa çempionatında daha 2 final

Polşanın Poznan şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilən Avropa çempionatında yarımfinal yürüşlərinə start verilib. 1000 metr və 500 metr məsafələrə yürüşlərdə Azərbaycan təmsilçiləri də iştirak ediblər.

Onlardan Aleksey Kupin 1 nəfərlik kanoe qayığı ilə hər iki məsafəyə, Mirnazim Cavadov isə 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşdə əsas finala adlamağı bacarıb. Kupin 500 metrlik finişə yarımfinalda 2 dəqiqə 1,411 saniyəyə 1-ci çatıb. 18 yaşlı idmançımız daha öncə 1000 metr məsafəyə seçmə yürüşdə 1-ci yeri tutaraq, birbaşa əsas finala yüksəlib. Cavadov isə yarımfinalda finişə 1 dəqiqə 46,108 saniyəyə çataraq, 3-cü olub. O, ilk "3-lüy”ə düşdüyündən, əsas finala vəsiqə qazanıb.

23 yaşadək kanoeçilərin mübarizəsində Anatoli Melnik 500 metr, Taras Matviyçuk 1000 metr məsafələrə yürüşlərdə finala çox yaxın olublar. Yarımfinalda Melnik 2 dəqiqə 2,621 saniyə, Matviyçuk isə 4 dəqiqə 17,626 saniyə nəticə ilə 4-cü yeri tutub.

Yeniyetmə kayakçımız Amil Hüseynli 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə 3 dəqiqə 57,226 saniyə nəticə ilə 6-cı olub. Onun Yasin Əhmədovla təşkil etdiyi duet isə 2 nəfərlik qayıqla 500 metrlik finiş xəttinə 1 dəqiqə 45,018 saniyəyə 7-ci çatıb. Bu duet 10 – 18-ci yerlər uğrunda mübarizəyə imkan verən B finalında çıxış edəcək.

Daha bir kayakçımız Məhəmmədtahir Hüseyniafşar 1 nəfərlik qayıqla 1000 metr məsafəni 3 dəqiqə 56,389 saniyəyə qət edərək, 8-ci olub. Hüseyniafşar da B finalında yarışacaq.

Nəhayət, Tamerlan Mustafayev – Aleksandr Piçugindən ibarət duet 23 yaşadək kayakçıların mübarizəsində 2 nəfərlik qayıqla 500 metr məsafəni 1 dəqiqə 50,464 saniyəyə qət edərək, 9-cu olub və mübarizəni dayandırıb.

Qeyd edək ki, final yürüşləri iyunun 29-da (1000 metr) və 30-da (500 metr) olacaq. Bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən kayak və kanoeçilərimiz 200 metr məsafəyə seçmə yürüşlərə başlayacaqlar.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

21:56

Avropa Liqası: "Sabah" məğlubiyyətlə başladı

21:22

"Milan" "Qalatasaray"ın qapısını döyəcək

21:00

"Havr"ın 19 yaşlı hücumçusu İngiltərə nəhəngi ilə müqavilə bağladı - RƏSMİ

20:44

"Liverpul"un daha bir ulduzu "Real Madrid" yolunda

20:05

"Turan Tovuz" "Sabah"ın yarımmüdafiəçisini icarəyə götürdü

19:38

"Şamaxı" braziliyalı oyunçu ilə gücləndi

19:17

"Sumqayıt" ilk transferini reallaşdırdı

18:41

"Turan Tovuz" U-21-in üzvü ilə bağlı qərarını nə vaxt verəcək? - İdman direktoru aydınlıq gətirdi

18:14

"Şamaxı" baxışa 3 futbolçu çağırdı - ADLAR

17:36

Tibi Kurtua PSJ-dən aldıqları rüsvayçı yenilgini belə şərh etdi

17:18

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək həndbol klubları bəlli oldu

17:00

"Ayaks"ın kapitanı getdi - RƏSMİ

16:41

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

16:23

"Sabah" - "Sele" matçında anşlaq gözlənilir - SON DURUM

16:04

"Turan Tovuz"un Türkiyədəki ilk rəqibi bilindi

15:45

"Məqsəd "Mingəçevir"i çempion etməkdir" - Ramiz Məmmədov

15:27

"Karvan" qapıçısı ilə müqavilə yenilədi - RƏSMİ

15:08

"Sumqayıt" Azərbaycanda oynamış milli üzvünü heyətinə qatır

Facebookdan bizi izləməyi unutmayın.
X