"Xəzər Lənkəran" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Lənkəran klubu Tyeqonun xidmətindən məhrum olub.
Braziliyalı müdafiəçi cəzalı duruma düşüb. "Sumqayıt"la matçın 83-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Tyeqo sarı vərəqə limitini doldurub. Ölkəmizə gəldikdən sonra 4-cü "sarı"sını alan müdafiəçi bu səbəbdən "Simurq"la XXXV turun oyununu buraxacaq.
Fanat.az