Topaz Premyer Liqasında 2013/14 mövsümünün qalibi müəyyənləşdi. Ötən gün "İnter"i 4:1 hesabı ilə yenən "Qarabağ" 21 ildən sonra çempion oldu. Ağdam klubu ilk və son çempionluğun 1993-cü ildə bayram etmişdi.
Çempionluq sayına görə "Neftçi" rekordçudu. Bundan əvvəlki 3 mövsümdə qızıl medalllara sahib çıxan "ağ-qaralar" 8 dəfə ölkənin ən yaxşısı olub.
Hazırda I divizionda çıxış edən və ağır günlər yaşayan "Kəpəz"lə "Şəmkir" 3 dəfə çempionluğu bayram edib. "Bakı" və "İnter" "Qarabağ" kimi 2 dəfə qızıla sahib çıxıb. Bu mövsüm uğursuz çıxış edən "Xəzər Lənkəran"la yanaşı, hazırda I divizionda çıxış edən borcları üzündən adının qarşısına "T" hərfi əlavə olunmuş "Turan" 1 dəfə bu sevinci yaşayıb.
1992 - Neftçi
1993 - Qarabağ
1993/94 - Turan
1994/95 - Kəpəz
1995/96 - Neftçi
1996/97 - Neftçi
1997/98 - Kəpəz
1998/99 - Kəpəz
1999/00 - Şəmkir
2000/01 - Şəmkir
2001/02 - Şəmkir
2002/03 - yarımçıq dayandırılıb
2003/04 - Neftçi
2004/05 - Neftçi
2005/06 - Bakı
2006/07 - Xəzər Lənkəran
2007/08 - İnter
2008/09 - Bakı
2009/10 - İnter
2010/11 - Neftçi
2011/12 - Neftçi
2012/13 - Neftçi
2013/14 - Qarabağ
Fanat.az