Topaz Premyer Liqasının XXXIV turunda AZAL-la qarşılaşan "Neftçi"nin iki futbolçusu yubiley matçını keçirib. Fanat.az xəbər verir ki, İqor Mitreski və Cavid İmamverdiyev paytaxt klubunda 100-cü çempionat qarşılaşmasına çıxıblar.
Bu görüşədək Premyer Liqada hərəyə 99 dəfə “ağ-qaralar”ın şərəfini qoruyan cütlük yubiley matçında qolsuz heç-heçəyə şahid olub.
2008/09 mövsümündə Hans Yurgen Gedenin əsas komandaya cəlb etdiyi 18 yaşlı Cavid 6 ilə çatdığı 100 matçda 10 qol vurub. 2010/11 mövsümndə transfer olunan makedoniyalı müdafiəçi isə 1 dəfə rəqib qapısına yol tapıb.
1992-ci ildə start götürən ölkə çempionatları tarixində bunadək 17 futbolçu “Neftçi”də 100 və daha çox oyun keçirmişdi. Cavidlə İqor bu rəqəmi 19-a çatdırdı. Mitreski 2014-cü ildə 100-ə çatan Flavinyodan sonra “ağ-qaralar”ın heyətində 100-cü matçını qeyd edən 2-ci legionerdi.
Qeyd edək ki, Mitreskidən fərqli İmamverdiyev Premyer Liqada təkcə “Neftçi”də oynamayıb.
Cavid İmamverdiyev
mövsüm | klub | oyun | qol |
2008/09 | Neftçi (Bakı) | 6 |
|
2010/11 | Neftçi (Bakı) | 23 | 2 |
2011/12 | Neftçi (Bakı) | 23 | - |
2012/13 | Neftçi (Bakı) | 23 | 5 |
2013/14 | Neftçi (Bakı) | 25 | 3 |
| Cəm | 100 | 10 |
İqor Mitreski
mövsüm | klub | oyun | qol |
2010/11 | Neftçi (Bakı) | 30 | 1 |
2011/12 | Neftçi (Bakı) | 27 | - |
2012/13 | Neftçi (Bakı) | 27 | - |
2013/14 | Neftçi (Bakı) | 16 | - |
| Cəm | 100 | 1 |
pfl.az