Neymar Konfederasiyalar Kubokunun finalında İspaniya yığması ilə oyun öncəsi fikirlərini bildirib. Fanat.az xəbər verir ki, 21 yaşlı futbolçu bundan şərəf duyduğunu dilə gətirib:
“Mənim üçün finalda “Barselona”nın şərəfini qoruyan futbolçularla üz-üzə gəlmək böyük şərəfdi. Onlar çox gözəl oyunçular və böyük ustalardı. Mən ispanlara Konfederasiyalar Kubokunun bütün matçlarında qələbə arzu edirdim, amma aydın səbəblərdən finalda onlarla oynamağı arzulaya bilmirəm. Biz meydanın müxtəlif tərəflərində çıxış edəcəyik və mən də bu görüşdə bacardığım hər şey edəcəyəm ki, komandamız qalib gəlsin”.