Mayın 13-də "Bayıl Arena"da "Qəbələ" və "Neftçi İSM-Siyəzən" komandaları arasında keçiriləcək final oyunu ilə “Coca-Cola U-13 Liqa”nın 2013/2014-cü il mövsümünə yekun vurulacaq. Fanat.az xəbər verir ki, AFFA-nınr rəsmi saytı final oyunundan öncə liqanın cari mövsümü ilə bağlı müəyyən statistik məlumatları təqdim edib.
Liqada cari mövsümdə ümumilikdə 2090 nəfər iştirak edib. Bunlardan 1900-ü futbolçu, 177-si məşqçi, 13 nəfəri isə klub işçisi olub.
Futbolçulardan 122-si qapıçı, 521-i müdafiəçi, 845-i yarımmüdafiəçi, 412-si hücumçudu. “Coca-Cola U-13 Liqa”sında çıxış edən futbolçular 2001-2005-ci il təvəllüdlüdü: 2001 - 1454, 2002 - 372, 2003 - 55, 2004 - 15, 2005 - 4 nəfər.
Liqada ümumilikdə 104 komanda iştirak edib. Bakını 14, Mingəçevir və Samuxu 11, Quba, Qəbələ, İmişli və Qəbələni 9, Naxçıvanı 8, Sumqayıt, Ağsu və Şəmkiri 7, Lənkəran və Cəlilabadı 6 komanda təmsil edib.
“Coca-Cola U-13 Liqa” üçün sifariş edilən 1900 futbolçudan 115-i iştirakını dayandırıb. 108 futbolçunun transfer olunduğu liqadan 367 futbolçu Coca Cola Məktəbli Kubokunda oynayıb. "Məktəblərdə futbol dərsi" layihəsində 21, "Futbol Bakcellə" layihəsində 1 nəfər iştirak edib.
Fanat.az