I divizionda XXX turunun “Energetik”lə oyunundan sonra 2013/14 mövsümünün qalibi olmuş “Araz Naxçıvan” mükafatına qovuşub. Fanat.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinə çempionluq kuboku və qızıl medallar təqdim edilib.
Mərasim Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev qatılıb.
Qeyd edək ki, "Araz Naxçıvan" bu gün "Energetik"i 9:0 hesabı ilə yenib. Muxtar Respublika təmsilçisi mövsümü 79 xalla başa vurub.
Fanat.az