Konfederasiyalar Kubokunda mükafatlar öz sahibini tapıb. Azerisport.az xəbər verir ki, turnirin ən məhsuldar oyunçusu üçün təsis edilmiş “Qızıl buts” mükafatı ispan Fernanado Torresə qismət olub.
“Gümüş buts” Fredin , “Bürünc buts” Neymarın payına düşüb.Torreslə Fredin aktivində hərəyə 5 qol və 1 ötürmə var. Lakin ispan futbolçunun üstünlüyü daha az müddət meydanda olmasıdı. Neymar isə 4 qol vurub və 2 ötürmə edib.
Həmçinin Neymar turnirin ən yaxşı futbolçusu seçilərək “Qızıl top”a sahib çıxıb.
Bundan əlavə “Qızıl əlcək” də öz sahibinə qovuşub. Bu ada Brazliyalı qapıçı Sezar layiq görülüb.
İdman24.az