"İnter" ilk transferini reallaşdırmaq üzrədi. Fanat.az xəbğər verir ki, bank klubu "Sumqayıt"dan Mirzağa Hüseynpuru heyətinə qatır.
Artıq tərəflər arasında razılıq əldə olunub. Rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.
Qeyd edək ki, Mirzağa "Sumqayıt"a 2012/13 mövsümündə Rusiyanın MİTOS klubundan transfer olunub. Futbol bu mövsüm Premyer Liqada 21 oyun keçirib və 2 qol vurub. O, "Sumqayıt"ın "Neftçi"ni 2:0 hesabı ilə yendiyi oyunda dubl edib.
Fanat.az