FİFA başa çatan Konfederasiyalar Kubokunda ən yaxşı futbolçuların siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, turnirin qalibi olan Braziliya yığmasının üzvü Neymar ən yaxşı futbolçu seçilib.
Yarışda 5 oyunda 4 qol vuran gənc hücumçu “Qızıl top” alıb. İspaniya yığmasının yarımmüdafiəçisi Andres İnyesta “Gümüş top”a, Braziliya millisinin orta sahə oyunçusu Paulinyo “Bürünc top”a layiq görülüb.
Turnirin ən yaxşı qapıçısı braziliyalı Julio Sezar sayılıb.
İdman24.az